Gəncədə baş verən qəzada sürücülərdən biri xəsarət alıb - FOTO

Gəncədə baş verən qəzada sürücülərdən biri xəsarət alıb - FOTO
# 11 noyabr 2020 00:27 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Qəza zamanı 1961-ci il təvəllüdlü Qoşqar Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR