Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
# 14 aprel 2021 07:28 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə Baş İdarənin Dövlət Yol Polisi əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütədamadi olaraq reyd keçirilir.

Sonuncu keçirilən belə reyd zamanı, şəhər sakini Ramin Əhmədov şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, barələrində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR