Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mahrasa bağında qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Cabbarov Fəxrəddin bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 16 yaşlı gəncin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.