Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub
# 04 avqust 2020 10:01 (UTC +04:00)

Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

APA-nın yeri bürosunun məlumatına görə, hadisəni törətməkdə təqsirli bilinən şəhər sakini, 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb. 1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR