Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 23 iyul 2020 09:22 (UTC +04:00)

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs şəhər sakini, 1986-cı il təvəllüdlü Novruzov Ruslan Şöhrət oğludur. Məlumata görə, hadisəyə səbəb aralarındakı şəxsi münasibətlər olub.

***

06:10

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Ət Kombinatı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR