Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-yerli bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Tağızadə Allahverdi Xasay oğlu boyunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.