Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 29 avqust 2020 10:34 (UTC +04:00)

Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad  oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin "Azərbaycan tarixi" müəllimi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR