Gəncədə piyadanı avtomobil vurub - FOTO

Gəncədə piyadanı avtomobil vurub - FOTO
# 18 avqust 2020 21:30 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Volkswagen" markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov İman Məcid oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR