Gəncədə piyadanı maşın vurub.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
1963-cü il təvəllüdlü Familə Avazova yolu keçmək istəyərkən minik maşını onu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.