Gəncədə qız dərmandan zəhərlənib

Gəncədə qız dərmandan zəhərlənib
# 25 sentyabr 2020 01:34 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Dəmir yolu” adlanan ərazisində yaşayış evlərinin birində baş verib.

1998-ci il təvəllüdlü Aşurova Sona Eyvaz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona lazımi tibbi yardım göstərilib. S.Aşurovanın vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR