Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı yol qəzası olub

Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı yol qəzası olub
# 19 iyun 2020 14:34 (UTC +04:00)

Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “QAZ-53” markalı yük maşını yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna arxadan çırpılıb. Zərbənin təsirindən avtobus qarşısındakı “VAZ-2106” markalı minik avtomobilinə dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR