Gəncədə yanıq xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib

Gəncədə yanıq xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib
# 23 aprel 2021 03:53 (UTC +04:00)

Gəncədə iki gün əvvəl yanıq xəsarətləri alan 2001-ci il təvəllüdlü Vəliyev Sərxan Rəşad oğlu xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, S.Vəliyev Bakıda yerləşən xəstəxanaların birində vəfat edib.

Qeyd edək ki, o ağır yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Məlumata görə, gənc üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdə özünə qəsd etməsi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR