Goranboyda avtomobil ağaca çırpılıb, ölən var

Goranboyda avtomobil ağaca çırpılıb, ölən var
# 29 avqust 2020 07:57 (UTC +04:00)

Goranboy rayonunun Dəliməmmədli şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR