Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb - FOTO - YENİLƏNİB

Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb - FOTO - YENİLƏNİB
# 01 sentyabr 2020 07:40 (UTC +04:00)

Goranboyda yol qəzasında ağır xəsarət alan digər gənc - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu da dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

***

31 avqust, saat 20:53

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu ölüb, digəri - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR