Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb
# 16 avqust 2020 12:36 (UTC +04:00)

Goranboyda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA -nın yerli bürosuna verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR