Goranboyda mağazadan 6 min manat oğurlanıb - FOTO

Goranboyda mağazadan 6 min manat oğurlanıb - <span class=FOTO'>
# 28 iyul 2020 12:15 (UTC +04:00)

Goranboyda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2000 manat və oradakı seyfdən 4000 manat oğurlamaqda  şübhəli bilinən Sarovlu kənd sakini A.Qiyaslı və Göygöl rayon sakini B.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR