Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

#
# 16:50
26 sentyabr 2020

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR