Goranboyda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Goranboyda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb
# 18 noyabr 2020 15:08 (UTC +04:00)

Noyabrın 16-da saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi və Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Gəncə şəhər sakini Bakir Musayev olması və hadisənin “QAZel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Əməliyyat nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Samux rayon sakini Elvin Əsgərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR