Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb

Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb
# 04 yanvar 2021 13:39 (UTC +04:00)

Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib. RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan, “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR