Goranboyda toqquşan yük maşınları yol infrastrukturuna ziyan vurub

Goranboyda toqquşan yük maşınları yol infrastrukturuna ziyan vurub
# 21 iyul 2020 21:04 (UTC +04:00)

Goranboyda iki yük maşını toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

Goran-Borsunlu istiqamətində iki yük maşını toqquşub. Hadisə zamanı ağır xəsarət alan olmasa da, maşınlara və yol təsərrüfatına ciddi ziyan dəyib. Yoldakı metal arakəsmələr qırılaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR