Goranboyda yaşayış evində yanğın olub

Goranboyda yaşayış evində yanğın olub
# 18 sentyabr 2020 01:22 (UTC +04:00)

Goranboyda yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Kənd sakini Vurğun Əmrahova məxsus yaşayış evində qəfildən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin bəzi əşyaları yanıb.

Yanğının qarşısı alınıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR