Goranboyda zəncirvarı yol qəzası olub - FOTO

Goranboyda zəncirvarı yol qəzası olub - FOTO
# 29 iyun 2020 20:17 (UTC +04:00)

Goranboy rayonunda zəncirvarı yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu yük maşını idarəetmədən çıxaraq 3 avtomobilə - iki "Mercedes" və "VAZ 21099" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alanlar olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR