Göyçayda 23 yaşlı oğlanı maşın vurub

Göyçayda 23 yaşlı oğlanı maşın vurub
# 10 iyul 2020 18:20 (UTC +04:00)

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Ləkçılpaq kənd sakini Şaməddin İsayev idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolu keçən piyada, Yeniarx kənd sakini, 1997-ci il təvəllüdlü İbrahim Məmmədovu vurub.

Hadisə zamanı ağır xəsarət alan İbrahim Məmmədov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR