Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
# 06 iyun 2020 23:54 (UTC +04:00)

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında qeydə alınıb.

Sürücü İbrahim Bəşirovun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, rayon sakini, 1971-ci il təvəllüdlü Yusifov Vüqar Rəşid oğlunu vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR