Göyçayda avtomobil velosipedçini vuraraq öldürüb

Göyçayda avtomobil velosipedçini vuraraq öldürüb
# 28 may 2020 14:01 (UTC +04:00)

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Şıxbəy kəndi ərazisində qeydə alınıb. Ucar rayonu, Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Kərimov Qarakişi Ağakişi oğlu idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili ilə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi, Göyçay rayonu Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Cabbarov Tural Əlihüseyn oğlunu arxa tərəfdən vurub. Tural Abbasov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR