Göyçayda çayxanada yanğın olub

Göyçayda çayxanada yanğın olub
# 04 sentyabr 2020 08:25 (UTC +04:00)

Göyçay rayonunun Bəydövül kəndində çayxanada yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv/m olan və çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilidə baş vermiş hadisə zamanı tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və ona bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR