Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 11 noyabr 2020 09:35 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "NAZ Lifan" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları hələ ki, bilinmir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR