Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 30 may 2020 23:52 (UTC +04:00)

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1964-cü il təvəllüdlü Bəşirov Əhməd Salman oğlunun idarə etdiyi "VAZ 2106" markalı və 1944-cü il təvəllüdlü İbadov Fəzail Məhərrəm oğluna məxsus "QAZ 2410" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb, "QAZ 2410"-un sərnişini Mədinə Həsənova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR