Göyçayda keçmiş məhkumda narkotik aşkarlanıb

Göyçayda keçmiş məhkumda narkotik aşkarlanıb
# 28 aprel 2021 09:56 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rüstəm Səfərov saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəxsi axtarış zamanı həmin şəxsdən 6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR