Göyçayda narkotiklə saxlanılan şəxsin 3 evdən oğurluq etdiyi məlum olub

Göyçayda narkotiklə saxlanılan şəxsin 3 evdən oğurluq etdiyi məlum olub
# 22 aprel 2021 11:36 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı şəhər sakini Rüstəm Səfərov şübhəli şəxs qismində saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəxsi axtarış zamanı Rüstəm Səfərovda narkotik vasitə olan heroin aşkar olunub. Araşdırmalar zamanı saxlanılan şəxsin rayon ərazisində 3 fərdi yaşayış evindən müxtəlif məişət əşyaları, təmir alətləri, avtomobil şinləri, dəmir məhəccərlər, eləcə də nəqliyyat vasitəsinə aid olan ehtiyat hissələri oğurladığı məlum olub. O, ifadəsində oğurluqla əldə etdiyi həmin əşyaları müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR