Göygöldə bıçaqlanma hadisəsi olub

Göygöldə bıçaqlanma hadisəsi olub
# 23 noyabr 2020 00:06 (UTC +04:00)

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif oğlu başının və çənə nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 23 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR