Göygöldə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
# 19 aprel 2021 14:58 (UTC +04:00)

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü İsmayılov Tural Mətləb oğlu, Şamaxı rayon sakini, 2001-ci il təvəllüdlü Ağacanov Məxsud Hikmət oğlu, 1995-ci il təvəllüdlü Zeynalov Hasil Sahib oğlu və 1993-cü il təvəllüdlü Asif Abbasovdur. Onların vəziyyətinin kafi olduğu bildirilir.

***

13.59

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qıcılca kəndində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR