Güclü yağış Göygöldə dəmiryolu xəttinə ziyan vurub - FOTO

Güclü yağış Göygöldə dəmiryolu xəttinə ziyan vurub - FOTO
# 02 may 2021 19:20 (UTC +04:00)

Ötən gecə Göygöl rayonuna yağan yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, güclü yağışın yağması nəticəsində Qızılca dəmiryolu stansiyasına ziyan dəyib.

Nəticədə dəmiryolunun reysləri sıradan çıxıb. Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Həmçinin güclü yağış yağması zamanı rayonun Danayeri və Qızılca kəndlərində avtomobil yoluna iri qaya parçaları tökülüb. Burda da avtomobil yolu qaya parçalarından təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR