Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb
# 29 iyun 2020 22:38 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb.

Bakı sakini Hümbətov Şahin Əli oğlu idarə etdiyi “Mercedes Sprinter” markalı kiçiktutumlu yük avtomobili ilə yolu keçən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Fərhadov Elşad Ələsgər oğlunu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü özü Ələt qəsəbəsindəki xəstəxanaya aparıb. Xəstə ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR