Hacıqabulda keçmiş məhkumdan odlu silah götürülüb

Hacıqabulda keçmiş məhkumdan odlu silah  götürülüb
# 15 aprel 2021 10:12 (UTC +04:00)

Hacıqabulda keçmiş məhkumdan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər narkotik vasitələrin saxlanmasına görə məhkum olunan Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Haxverdiyev Bəxtiyar Tofiq oğlundan bir ədəd lüləsi və qundağı kəsik (obrez) 16 mm kalibrli İJK markalı təklüləli silah götürülüb. Lüləsi və qundağı kustar üsulla kəsilən ov tüfəngi öz təyinatını itirərək hazırda texniki cəhətdən saz və atəş üçün yararlıdır.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR