Hacıqabulda narkotik alverçiləri və qanunsuz silah gəzdirən şəxs tutulub

Hacıqabulda narkotik alverçiləri və qanunsuz silah gəzdirən şəxs tutulub
# 22 iyun 2020 11:41 (UTC +04:00)

Hacıqabulda narkotik alverçiləri və qanunsuz silah gəzdirən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində taksi fəaliyyəti ilə məşğul olan Şirvan sakini, 1974-cü il təvəllüdlü Həsənov Aqil Ramiz oğlu saxlanılaraq üzərinə baxış zamanı ondan 5,481 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Keçirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, həmin narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Mikayılov Ramin Əlizadə oğlu 50 manat müqabilində əvvəlcədən satması barədə razılığa gəldiyi Hacıqabul sakini, 1983-cü il təvəllüdlü Alışov Şahmar Alxan oğluna tanışı olan taksi sürücüsü A.Həsənova verib. Hər 3 şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Hacıqabul RPŞ-nin digər əməliyyat tədbirləri çərçivəsində əvvəllər məhkum olunan Hacıqabul sakini, 1961-ci il təvəllüdlü İmanov Xaləddin Ağamməd oğlundan 16 kalibrli “ZK” modelli, lüləsi və qundağı kəsilən təklülə- “obrez” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR