Həbsxanaya göy soğanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Həbsxanaya göy soğanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO
# 27 aprel 2021 10:15 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərli Hüseyn Fazil oğluna qonşusu Bakı şəhər sakini Əlizadə Əli Bayraməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan göy soğanın içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 0,478 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR