İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB
# 11 iyul 2020 12:08 (UTC +04:00)

Kürdə batan şəxslərdən sonuncu şəxsin də meyiti tapılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 11:21

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR