İmişlidə çayxana yanıb

İmişlidə çayxana yanıb
# 27 avqust 2020 08:59 (UTC +04:00)

İmişli rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Mərzəlik kəndində ümumi sahəsi 130 m² olan çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binanın 2-ci mərtəbəsinin tavanı 65 m² sahədə, yaxınlıqda ümumi sahəsi 9 m² olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 m² olan digər tikilinin taxta atmaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR