İşğaldan azad olan ərazilərə getmək istəyən sürücülər saxlanılıb

İşğaldan azad olan ərazilərə getmək istəyən sürücülər saxlanılıb
# 23 aprel 2021 13:19 (UTC +04:00)

İşğaldan azad olan ərazilərə getmək istəyən sürücülər saxlanılıb.

Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Allahverdi Allahverdiyev məlumat verib.

A. Allahverdiyev bildirib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reydlər təşkil olunub. Keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər haqqında protokol tərtib olunub və ya xəbərdarlıq edilib. Eyni zamanda, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbiri həyata keçirilib.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin diqqətinə bir daha çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Qeyd olunub ki, Ağdam rayon ərazisinin 30 km məsafəsi minalı hesab olunduğundan Ağdama səfər etmək qəti qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR