İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib - FOTO

İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib - FOTO
# 11 aprel 2021 12:28 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.

Polis əməkdaşları tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR