İsmayıllıda göldə batan gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB

İsmayıllıda göldə batan gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB
# 04 may 2021 20:08 (UTC +04:00)

İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

18:40

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlu bu gün axşam saatlarında göldə çimərkən ehtiyatsızlıq edib və suda batıb. Hazırda onun meyitinin tapılması üçün iş aparılır.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR