İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 18 nəfər cərimələnib

İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 18 nəfər cərimələnib
# 05 may 2021 15:52 (UTC +04:00)

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkar edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin çay evinə baxış zamanı orada sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi Ömərov İmran Füzuli oğlu və 17 nəfər müştəri barəsində inzibati qaydada cərimə protokolları tərtib olunub, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR