Ramiz Mehdiyevin kürəkəni həbs edilib - YENİLƏNİB-2 - FOTO - VİDEO

Ramiz Mehdiyevin kürəkəni həbs edilib - YENİLƏNİB-2 - FOTO - VİDEO
# 22 avqust 2020 13:35 (UTC +04:00)

Xəbərə yeni fotolar əlavə olunub.

13.17

***

AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev həbs edilib.

APA-nın məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.

Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.

***

13.05

Xəbərə fotolar əlavə olunub.

***

11.57

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər.

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

***

11.48

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq.

APA-nın məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR