Lerikə qanunsuz yollarla istirahətə gedən daha 24 nəfər cərimələnib

Lerikə qanunsuz yollarla istirahətə gedən daha 24 nəfər cərimələnib
# 10 avqust 2020 16:02 (UTC +04:00)

Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn ümumilikdə 7 istirahət mərkəzində 24 şəxs müəyyən edilərək barələrində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad, Masallı və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR