Leysan yağışlar Şəkidə fəsadlar törədib - FOTO

Leysan yağışlar Şəkidə fəsadlar törədib - FOTO
# 23 avqust 2020 18:44 (UTC +04:00)

Leysan yağışlar Şəkidə fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana, Kiş çaylarında suyun səviyyəsi bir-neçə dəfə artıb, çaylarda qısa müddət ərazində sel keçib.

Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən cox istinad divarları dağılıb, bir-neçə iri ğövdəli ağaclar aşıb, işıq dirəkləri, telefon xətləri və qaz mağistralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb. Cayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR