Lənkəran sakini traktorun altında qalaraq ölüb

Lənkəran sakini traktorun altında qalaraq ölüb
# 03 iyun 2020 13:23 (UTC +04:00)

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Kamil oğlu Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Mansur oğlu Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altına düşüb. Nəticədə F.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR