Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
# 17 noyabr 2020 11:23 (UTC +04:00)

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

KIA markalı avtomobil Darquba kənd sakini, 1994-cü il təvəllüdlü Elgün Hüseynağa oğlu Rəhimovu vurub, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində piyada E. Rəhimov hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, sürücü Lənkəran rayonu Şovu kənd sakinidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR