Lənkəranda avtomobil qaz xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Lənkəranda avtomobil qaz xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb
# 25 avqust 2020 09:45 (UTC +04:00)

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Qurumba kəndində "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarından keçən qaz xəttinə çırpılıb. Minik avtomobilində olan 4 sərnişin - 1998-ci il təvəllüdlü Mehdi Azər oğlu Əkbərov, 1999-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Ağacanov, 2000-ci il təvəllüdlü Vüqar Elşad oğlu Əlizadə və Rusif Rafiq oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar müvafiq olaraq travmatologiya və reanimasiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR