Lənkəranda avtoxuliqanlıq edən sürücü həbs olunub

Lənkəranda avtoxuliqanlıq edən sürücü həbs olunub
# 27 aprel 2021 11:59 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücünü saxlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran şəhər sakini V.Salmanzadə axşam saatlarında şəhər ərazisində idarə etdiyi “Chevrolet” markalı avtomobillə çoxavazlı səs siqnallarından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunmuş inzibati protokol aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə V.Salmanzadə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR